Formula 2-də mübarizə aparan “Invicta”nın braziliyalı pilotu Rafael Kamara Formula 1 komandası ilə müqavilə bağlayıb.
21 yaşlı sürücü 2027-ci ildən etibarən “Haas” komandasında çıxış edəcək. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.
Kamara cari mövsüm dünya çempionatında şəxsi göstəricilərdə liderdir. O, “Ferrari” akademiyasının yetirməsidir. “Haas”ın hazırkı heyətində Oliver Berman və Esteban Okon yer alırlar.
Xatırladaq ki, Rafael Kamara ötən ay keçirilən Formula 2 Azərbaycan Qran-Prisinin qalibi olub.
