qanun layihəsinin vacibliyini nəzərə alaraq, 1-ci oxunuşun tələblərinə uyğun bəzi əlavə fikirlərimi də bildirmək istəyirəm. Belə ki, qanuna İİ-1- Nəqliyyat vasitələrinin utilizasiyası fəsli əlavə olunur. Təqdirəlayiq bir haldır ki, qanunda “İstehsalat və Məişət tullantiları” məvhumu artıq “Tullantı” kimi qəbul
edilir. Yəni təbiəti çirkləndirən nə varsa tullantı hesab edilir."
Bu fikirləri Milli Məclisin bugünkü növbədənkənar iclasında sözügedən qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deputat İltizam Yusifəv səsləndirdi.
O, bildirdi ki, qanunun əsas məqsədi ekologiyanın, ətraf mühitin və insan sağlamlığının qorunması məqsədini daşıdığı kimi, həm də burada təhlükəsizlik məsələsi də çox mühüm bir faktor kimi görünür. Belə ki, köhnə avtomobillər tullantı, çirklənmə mənbəyidirsə, onlar həm də insan həyatı üçün birbaşa təhlükə mənbəyidir:
"Qanun layihəsi yalnız minik avtomobillərinin utilizasiyasını nəzərdə tutur. Rəsmi statistikaya görə ölkədə olan minik avtomobillərinin sayı yük avtomobilləri və avtobuslarla birlikdə sayından 7 dəfə çoxdur. Amma buna baxmayaraq yük avtomobillərinin və avtobusların mühərrik həcminun, yanacaq sərfiyyatının daha böyük olmasını və işlətdiyi yanacağın da əsasən dizel yanacağı olmasını nəzərə alsaq, hesablamalara görə, onların atmosferə buraxdığı zərərli tullantıların həcmi, minik avtomobillərindən də çoxdur. Bundan əlavə nəzərə alsaq ki, yük avtomobilləri və avtobuslar yaşı daha köhnədir, yəni 90%-nin yaşı 10 ildən yuxarıdır və bunlar əsasən də Sovet və Rusiya istehsallı maşınlardır və heç bir elektronika və xüsusi klima qurgularına malik deyillər, bu da o deməkdir ki, onların utilizasiyası minik avtomobillərdən daha təhlükəsiz və ətraf mühitə zərərsiz icra oluna bilər. Çünki, avtomobillərin utilizasiyası bahalı bir prosesdir. Üstəlik avtobuslarla sərnişin daşınır, bu da insan həyatı deməkdir. Bu səbəbdən təklif edirəm ki, qanuna minik avtomobilləri ilə yanaşı, yük avtomobilləri və avtobuslar da əlavə edilsin.
2-cisi Qanunda göstərilir ki, Nəqliyyat vasitəsi Utilizatorlar tərəfindən utilizasiya edilir. Utilizator kimdir, hansı parametr və imkanlara sahib olmalıdır ki, Utilizasiya prosesini təhlükəsiz və ətraf mühitə zərərsiz icra edə bilsin. Hərçənd ki, “İstehsalat və məişət tullantıları” haqqında qanunda tullantıların utilizasiyası anlayışı var, lakin bu prosesin özüdür. Bu prosesi yerinə yetirəcək Utilizator anlayışı işə bəlli deyil. Mən hesab edirəm ki, “İstehsalat və məişət tullantıları” haqqında qanunun Əsas anlayışlar bölməsində Utulilizator anlayışı da verilməlidir.
3-cüsü “İstehsalat və məişət tullantıları” haqqında qanuna görə tullantıların utilizasiyası - tullantılardan lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması kimi göstərilir. Bundan əlavə bu günkü dəyişikliyə görə, əlavə olan fəsilin 14-10 maddəsində göstərilir ki, Utilizatorlar tərəfindən utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə olunan yararlı material və əşyaları qanunvericiliyə uyğun olaraq müqavilə əsasında ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektinə satır. Bu həm də o deməkdir ki, biz bu gün avtomobil ehtiyat hissələri bazarında xalq arasında ölüxana deyilən bir fəaliyyət növünü rəsmiləşdiririk. Bu, kölgə iqtisafiyyatının aradan qaldırılması istiqamətində atılan addım kimi yaxşı bir haldır. Lakin həmin ehtiyat hissələrinin yararlığını kim müəyyən edəcək, onların keyfiyyətinə kim təminat verəcək? Yararsız ehtiyat hissələri artıq açıq şəkildə satılaraq bazara daxil olacaq və bu da təhlükəsizlik baxımından çox risklidir. Yəni bu məsələlərə gələcəkdə aydınlıq gətirilməlidir.
Lakin bütün bunlara baxmayaraq, məlumdur ki, heç bir addımı, prosesi əvvəlcədən 100% -li müsbət nəticəyə proqnozlaşdırmaq nəzəri cəhətdən mümkün deyil. Yəni risklər qiymətləndirilməli və nəzərə alınmalıdır. Bu baxımdan hesab edirəm ki, qanun layihəsi təqdirəlayiqdir, bu sahədə atılan ilk və mütərəqqi addımdır və müəyyən təklifləri nəzərə almaqla daha effektiv işləməsini təmin etmək olar."- Deputat vurğuladı.
Bəradər
"Atributinfo.az"
