Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov və deputat Cəbi Quliyev daxildirlər.
Deputatlar Tbilisidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək, o cümlədən Gürcüstan parlamentində bir sıra görüşlər keçirəcəklər.
Səfər aprelin 30-da başa çatacaq.
