Selçuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir
Siyasət
3-04-2023, 20:45
227
Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qurulmuş dostluq və qardaşlıq münasbətləri bu gün Prezident İlham Əliyevin siyasi xəttinin prioritetini təşkil edir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qururumuzdur, dərdi, ağrısı , problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə biz də sevinərik ” sözləri hər birimizə qürur və iftixar verir. Selçuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar.” Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif etmişdir.
İlkin Məmmədov Göygöl rayonu Qızılqaya qəsəbə icra nümayəndəliyində müavin Xüsusi olaraq "Atributinfo.az" üçün