Sizin reklam burada
Sizin reklam burada
  • İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir

    İlkin Məmmədov
    Göygöl RİHB Qızılqaya qəsəbə İƏD üzrə nümayəndənin müavini

    Siyasi dialoq demokratik quruluşlara xas olan sosial dialoqun bir növüdür. Siyasi dialoqun subyektləri siyasi partiyalar və sosial hərəkatlar, vətəndaş cəmiyyəti qurumları olur. Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident cənab İlham Əliyev çıxışları zamanı bildirmişdir ki, müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. Hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.
    Siyasi dialoq çərçivəsində ümumi kurs hazırlanır və razılığa gəlmək istiqamətində cəhdlər edilir. Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların gətirdiyi dəyişikliklər bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühitini daha da möhkəmləndirib, sabitliyin, siyasi və milli həmrəyliyin daha da möhkəmləndirilməsi üçün qüvvətli əsaslar yaradıb.

    Xüsusi olaraq "Atributinfo.az" üçün

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ