Sizin reklam burada
Sizin reklam burada
  • Aydın Hüseynov:- "Sözumüz imzamızdır!"

    "Bu gün müzakirəmizə təqdim olunan qanun layihəsi, sözün əsl mənasında ən vacib qanunlardan biridir. Çünki hər bir məqamda vətəndaş dövlət qulluqçusuna rastlaşır. Elə bu qanunun ali məqsədi də vətəndaşların dövlət orqanlarına etimadının yüksəldilməsindən ibarətdir. Yəni, hər bir dövlət qulluqçusu qulluq etdiyi yerdə, vəzifəsini icra etdiyi yerdə, eyni zamanda dövlət orqanının nüfuzunu yüksəldir və yaxud da dövlətin həmin orqanı haqqında bir fikir formalaşdırır. Bir vətəndaş timsalında təkcə deyək ki, bir müəssisənin, bir orqanın yox, bütövlükdə bir ölkənin nüfüzunu da formalaşdıran şəxsiyyət görmüşük."
    Bu fikirləri "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deputat Aydın Hüseynov səsləndirdi. O, qeyd etdi ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır : "Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri çox yüksək tərzdə yerinə yetirir. Sözümüz imzamızdır. Azərbaycanın qətiyyətli mövqeyi var. Azərbaycan humanist prinsiplərə, demokratik prinsiplərə söykənir. Məhz, bu prinsipləri özündə ehza edən bu şəxsi keyfiyyətlər, bir şəxsin şəxsi keyfiyyətləri ölkə Prezidentinin bütün bu sadaladığım və ölkənin imicinin formalaşdıran amillər ölkə Prezidentinin şəxsi keyfiyyətlərinə söykənir. Ona görə də ölkə Prezidentinin bütün bu şəxsi keyfiyyətləri hər bir dövlət qulluqçusu üçün məktəb, nümunə olmalıdır."
    Deputat vurğuladı ki, ulu Öndərlə bağlı danışanda deyirik ki, Heydər Əliyev Azərbaycan dövlətinin banisidir və Möhtərəm Prezident ulu Öndərin siyasətini və strategiyasını çox məhrətlə yerinə yetirir.
    "Ulu öndərimizin adı ilə bərabər biz o dövrlərdə müəyyən yazılarda Şarl de Qolunda adına rast gəlirdik. Gəlin gorək, Şarl de Qoll Fransa xalqı üçün müəyyənləşdirdiyi istəkləri, prinsipləri bu gün Makron yerinə yetirə bilirmi? Əlbəttə, yox. Halbuki, Şarl de Qoll 1968-ci ildə Qafqaza gələndə Əhmədiyyə Cəbrayılovu axtardı və onu Şəkidə yaşadığı Şəki kəndində tapdı. O, Əhmədiyyə Cəbrayılov ki, Fransa uğrunda mübarizə aparmış, Fransanın azadlığı uğrunda döyüşmüşdür. Ancaq Makron Qafqaza gələndə İrəvanın küçələrində terroristlərlə qucaqlaşdı. Terroristlərlə birgə addımladı. Yəni, hər bir liderin öz dövlətinin imicini formalaşdırıması, həmin xalqın güzgüsü deməkdir."-deputat dedi.
    O, qanun layihəsi ilə bağlı konkret fikirləriə qayıdıraq bildirdi ki, sözügedən qanun layihəsi qeyd olunduğu kimi, çox vacibdir, gərəklidir. Qanun layihəsinin bir maddəsinə diqqət çəkən deputat: "Dövlət orqanlarında korrupsiyanın qarşısının alınması. Bu qanunda dövlət orqanlarında çalışan kəs korrupsiyanın qarşısının alınmasına xidmət etməlidir. Təbii ki, korrupsiyaya şərait yaradan amillər var, şərait var. Hesab edirəm ki, o korrupsiyanın yaranması şəraitlərindən biri də (əlbətdə siyasi vəzifədən söz getmir-A.H.) Dövlət qulluğu vəzifəsini daşıyan şəxsin bir vəzifədə 5 ildən artıq qalmasıdır. Bunu hər birimiz təsdiq edə bilərik. Çünki müəyyən olunan 5 ilə qədər əgər, onun əqidəsində korrupsiyaya meyillilik varsa, o zənciri, o həlqəni çox gözəl şəkildə qurmağı bacaracaq. Ona görə də hesab edirəm ki, qanunda dövlət qulluqçusu əgər məsul vəzifə daşıyırsa və o sahədə mütəxəssis deyilsə, inzibati bir vəzifə daşıyırsa o, 5 ildən artıq bir vəzifədə qalmasın, ratifikasiya olunsun yəni, başqa bir vəzifəyə
    dəyişdirilsin."-deyə vurğuladı.

    Bəradər
    *Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ