Millət vəkili bu məqamdaca "Azəriqaz" rəhbərliyinin nəzərinə düz 11 il əvvəl Prezident İlham Əliyevin Saatlı rayonunun qazlaşdırılması ilə bağlı fikrini xatırladaraq dedi: -"2011-ci il may ayının 5-də cənab Prezident Saatlı Musalı-Məzrəli avtomobil yolunun açılışında iştirak edib. Açılışdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və həmin görüşdə müvafiq qurumlara konkret tapşırıq verib. Mən cənab prezidentin sözlərini olduğu kimi deyirəm. "2012-ci ilin sonuna qədər Saatlı rayonunda qazlaşdırma 100 faiz olmalıdır. Çünki burada dağlıq kəndlər yoxdur. Bilirsiniz ki, dağlıq kəndlərə qaz çəkmək daha da çətindir. Burada isə kəndlər demək olar ki, bir-birinə yaxındır." Cənab prezidentin fikrinə qüvvət olaraq demək istəyirəm ki, rayonda hətta, elə kəndlər var ki, qaz xətti kəndin girişinə qədər çəkilib, ağzı qapadılıb və illərdi kəndə qaz verilmir. Məsələn, rayonun Mircəlal kəndi. Kənd camaatının şikayət etmədiyi yer qalmayıb bu barədə reportaj verməyən telekanal qalmayıb. "Azərqaz" isə israrla susur."
Deputat məsələylə bağlı çıxısı zamanı rəqəmlərin dili ilə danışaraq qeyd etdi ki, 2021-ci dekabrın 3-də hökumətin verdiyi məlumata görə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96,19 faiz təşkil edib. İndi yəqin 97 faizə çatar. Onlarla şəhər və rayon var ki, onların qazlaşdırılma faizi ya 100 faizdir, ya da 100 faizə yaxındır. Bu böyük uğurdur. Amma Saatlı rayonunun qazlaşdırılması səviyyəsi 2012-ci ildən 10 il ötməsinə baxmayaraq, bu gün hələ cəmi 82 faizdir. Buna görə də xahiş edərdim hökümət bu məsələni xüsusi nəzarətə götürsün." Deputat əlavə etdi ki, artıq qış qapını kəsib. Həmin kəndlər bu qışı da qazsız keçirməli olacaqlar. Təklif edirəm ki, heç olmasa, müvafiq qurumlar həmin kəndlərin əhalisinin təcili olaraq ucuz qiymətə alternativ yanacaqla təmin olunması barədə fikirləşsinlər. Bu o qədər də çətin məsələ deyil. Alternativ yanacaq deyəndə bu, odun da ola bilər, daş kömür də və dizel yanacağı da. Biz bunu mütləq etməliyik. İnsanlarımızı təbiətin sərt üzü ilə təkbaşına buraxa bilmərik. Ekologiya Nazirliyi, Energetika Nazirliyi və SOKAR qısa vaxtda bu məsələni həll edə bilər.
Bəradər Səməndərli
"Atributinfo.az"-ın baş redaktoru
