Sizin reklam burada
Sizin reklam burada
  • 3 Oktyabr 1993-cü il: müstəqilliyin, sabitliyin və davamlı inkişafın təməlinin qoyulduğu gün

    3 Oktyabr 1993-cü il: müstəqilliyin, sabitliyin və davamlı inkişafın təməlinin qoyulduğu gün  Anar Məmmədov Milli Məclisin deputatı

    Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 29 il ötür. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs vermişdir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Bu gün onun siyasi kursu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və qalib gəlir. Məhz həmin siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ