Sizin reklam burada
Sizin reklam burada

Vətəndaş bələdiyyə sənədi və qəbzləri ilə hüququnu bərpa edə bilmir

Vətəndaş bələdiyyə sənədi və qəbzləri ilə hüququnu bərpa edə bilmirMillət vəkili Razi Nurullayevin Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında çıxışı
Bələdiyyələrin 2006-2007-ci illər arasında verdiyi torpaq və mülk sənədlərinin taleyinin həll edilməsi barədə məsələnin də müzakirəsini və problemin kökündən həll edilməsinin də payız sessiyasında müzakirə edilməsini istərdim. Bələdiyyələr bu illər ərzində iş adamlarına və vətəndaşlara torpaq alqı-satqısı və icarəsi haqqında sənəd və ödəniş qəbzi verib.
Indi o qəbzlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qəbul edilmir ki, o vəsaiti gərək bələdiyyələr öz büdcəsinə yox, Əmlak xidmətinin xəzinədarlığına ödəyərdi. Nə iş adamı, nə də vətəndaş bələdiyyə sənədi və qəbzləri ilə hüququnu bərpa edə bilmir. Bələdiyyə sənədləri tanınmır, deyirlər ki, mənasız kağız parçasıdır.
Çoxları məhkəmələrə də baş vurur, hüquq firmalarına müraciət edir və məsələ yenə də həll edilə bilmir. Əgər bələdiyyənin verdiyi sənəd, qəbz tanınmırsa, o sənəd və qəbzlərlə bağlı ləğv qərarı verilsin, vətəndaş və iş adamlarına da kompensasiya ödənilsin. Ya da ki, bələdiyyənin verdiyi sənədləri tanımırıqsa, belə çıxır ki, onda bələdiyyələri də ləğv etmək lazımdır.
Çox ciddi və minlərlə insanı gücə-gündüz narahat edən məsələdir. Təklif edirəm ki, bu məsələnin araşdırılması ilə bağlı göstəriş verilsin və addımlar atılsın. Müvafiq qanunlara dəyişikliklər edək və məsələ kökündən həll edilsin.

Milli Cəbhə Partiyasının (MCP) sədri,
millət vəkili

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ