Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanla Özbəkistan arasında dostluğun, qardaşlığın rəmzi... - Şərh

Azərbaycanla Özbəkistan arasında dostluğun, qardaşlığın rəmzi... - ŞərhPrezident İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində iki ölkə arasında 20-yə yaxın sənəd imzalanıb. İmzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Eyni zamanda Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi artıq yeni bir müstəvidə davam edəcək.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsi də xüsusi önəmə malikdir: “Daşkənddə Heydər Əliyev meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. İki dövlət bir sıra məsələlərdə birgə addımlayır. Xarici siyasətdə əlaqələndirmə və beynəlxalq təşkilatlarda əməkdaşlıq vacib amildir. Bu amillər müstəqil siyasət yürüdən hər iki dövlətin strateji tərəfdaşlığının vacib elementi hesab edilir”.
Millət vəkili hesab edir ki, Azərbaycanla Özbəkistan arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi olduqca zəruri məsələlərdəndir:
“Azərbaycanın hərbi sahədə əlaqələrinin daha da gücləndirilməsi məqsədilə hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Eyni zamanda nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Sənaye sahəsində də iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi baxımından vacibdir”.
Aqil Məmmədova görə, Özbəkistan Azərbaycanla Ermənistan arasında münaqişə məsələsində daim Azərbaycanı dəstəkləyib:
“Bu ölkənin Ermənistanla soyuq təmasları hər kəsə bəllidir. Bunun əksinə olaraq Şavkat Mirziyoyevin Qələbə münasibətilə Azərbaycan xalqını təbrik etməsi dövlətimizin tarixi zəfərinə verilən mühüm dəyər hesab edilir. Bu gün Özbəkistan tərəfindən Füzulidə böyük məktəb inşa edilir. Məhz bu fakt Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzi kimi dəyərləndirilir”.




  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ