Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı cənab Elmir Bağırov, rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və Qazilər iştirak etmişdir.
Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı cənab Elmir Bağırov çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd etmişdir. Sonra Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev öz çıxışında Heydər Əliyevin bütün dünya azərbaycanlılarının lideri olmasından, ömür yolunun doğma vətənə xidmət nümunəsinə çevrilməsindən danışmışdır. Tədbir daha sonra bədii hissə ilə davam etmişdir.
Zahir Məmmədov
