Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətimiz İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlib

    Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətimiz İsveçrə Konfederasiyasına  rəsmi səfərə gəlibMayın 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfərə gəlib.
    Sürix hava limanında nümayəndə heyətini İsveçrə Parlamentinin Protokol Xidmətinin rəhbəri Filip Barezvil, ölkəmizin İsveçrədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
    Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ