
Bakı şəhəri 52 saylı Notariat Ofisinin notariusi
Vətən müharibəsinin gedişi zamanı da erməni xisləti bir daha özünü göstərdi. Sentyabrın 27-si 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq ordumuzun cəbhə zonasında yerləşən mövqelərini və dinc insanların yaşadığı bir sıra məntəqələri qəsdən və hədəflənmiş şəkildə intensiv atəşə tutdu. Bu da öz növbəsində Azərbaycanı özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı sülhə məcbur etmək, onun təxribatlarının, hərbi avantüralarının və Azərbaycana qarşı işğalçı siyasətinin qarşısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirmək məcburiyyətində qoydu. 44 gün davam edən döyüşlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşü kimi şanlı tariximizə yazıldı. Erməni ordusu darmadağın edilərək torpaqlarımızdan qovuldu.
Cəbhədə məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozaraq dinc sakinləri və mülki infrastrukturu hədəfə aldı. Belə ki, erməni silahlı birləşmələri hərbi obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən, mülki əhalinin sıx yaşadığı əraziləri və məntəqələri ağır artilleriyadan atəşə tutaraq müharibə cinayətləri törətdi. Vətən Müharibəsi başlanan vaxtdan Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi, Goranboy şəhərləri və digər yaşayış məntəqələrimiz raket hücumuna məruz qaldı.
Beləliklə, düşmənin çirkin əməlləri və Azərbaycan xalqına qarşı törətdikləri növbəti dəhşətli və insanlıqdan uzaq cinayətlər nəticəsində 94 dinc sakin həlak oldu, 400-dən artıq mülki şəxs yaralandı və mülki infrastruktura ciddi ziyan vuruldu. Yəni, erməni xisləti yenə də özünü göstərdi. Bu isə biz azərbaycanlılar üçün yeni vəhşilik deyildi.
Fevralın 26-sı ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının növbəti ildönümü günüdür. O faciə ki, bunu ancaq ermənilər törədə bilərdilər. Zori Balayan adı çoxlarımıza tanışdır. Başımıza gətirilən bütün müsibətlərin əsas səbəbkarlarından biri olan erməni ideoloqu Xocalı faciəsi ilə əlaqədar görün nə yazırdı: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu 13 yaşındakı türkə onların atalarının bizim uşaqlara elədiklərini etdim: onun başından, sinəsindən və qarnından dərisini soydum… Xaçatur təzəcə ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklərlə yeni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha üç türk uşağına elədik…
Ertəsi gün bir kilsəyə gedərək 1915-ci ildə ölənlərimiz və ruhumuzun dünən gördüyümüz çirkabdan təmizlənməsi üçün dua etdik. Ancaq biz Xocalını vətənimizin bir parçasını işğal edən 30 min nəfərlik çirkabdan təmizləməyi bacardıq…”
Zori Balayan bu iyrənc fikirlərini “Ruhumuzun dirilməsi” əsərində yazıb. Belə faşistlərdən başqa nə gözləmək olar ki? Zori Balayanlar, Xaçaturlar, Sarkisyanlar, Köçəryanlar Njde Qaragenin ardıcılları deyilmi? Əlbəttə, söhbət alman faşistləri ilə əlbir döyüşən Njdedən gedir.
O vaxt hamını bir sual düşündürürdü: Xocalını xilas etmək mümkün idimi? Bu sualın üstündə isə baş sındırmaq lazım deyil. Sadə bir cavabı var: bəli, mümkün idi. Sadə dinc əhalinin taleyi üzərində hakimiyyət uğrunda gedən oyunlar qurulmasaydı, Xocalını xilas etmək mümkün idi.
Hadisə şahidlərindən biri nəql edir: “Soyuq bir qış günü idi. Şelli dağından ölümün, qəsdin, tələnin pəncəsindən qurtulan uşaqları, qadınları, qocaları qarşılayıb xəstəxanaya yola salırdıq. Yaralı olan bu insanlar bir-birindən, ana baladan, ata oğuldan, qardaş bacıdan ayrı düşmüşdü. Onları ovundurmaq mümkün deyildi. Həmin vaxt Ağdam özünümüdafiə dəstələri ermənilərə qarşı döyüşərək qan bahasına meyidləri düzlərdən, meşələrdən toplayırdı. Xocalı sakinlərini danışdırır, onların necə qurtulduqlarını soyuşurduq. Bu adamlar öz müsibətlərini, faciələrini göz yaşları içərisində danışsalar da, söhbətlərin sonunda deyirdilər:
Heydər Əliyev Azərbaycana gəlməlidir. Gəlsin bu xalqı qırğından, müsibətdən, zülmdən xilas etsin. Ümidimiz yalnız onadır! 1992-ci ilin qarlı-çovğunlu fevral günündə soyqırımın dəhşətini gözləri ilə görmüş insanlar elə o vaxtdan Heydər Əliyevə arxalanırdılar, məhz ondan imdad, kömək gözləyirdilər”.