Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili ciddi məsələlərə toxundu

    Millət vəkili ciddi məsələlərə toxundu "Mən öz növbəmdə həmkarlarımın qeyd etdiyi kim, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə başda prezidentimiz olmaqla, bütün xalqımızı və parlament üzvlərini ürəkdən təbrik edirəm. Biz doğrudan da çox uğurlu, çox möhtəşəm, çox qürürlu bir ili yola salmaq üzrəyik. 2021 ci il bütün əlamətləri ilə, bütün göstəriciləri ilə sözün əsl mənasında Azərbaycan tarixinə düşən bir il oldu."
    Bu fikirləri Milli Məclisin bu gün- dekabrın 30-da keçirilən payız sessiyasının son iclasında cari məsələlərlərin müzakirəsi zamanı millət vəkili Aydın Hüseynov çıxış edərkən səsləndirdi. O, qeyd etdi ki,
    Siyasi müstəvidə əldə olunan nailiyyətlərimizi deputat həmkarım Hikmət Babaoğlu ardıcıllıqla sadaladı və ona görə təkrar etmək istəmirəm. Ancaq biz eyni zamanda çox böyük iqtisadi nailiyyətlər əldə etdik, dünya iqtisadiyyatına pandemiyanın qlobal təsirlərindən ötüşə bildik və müharibədən çıxan bir dövlət olaraq iqtisadiyyatımızın dinamikasını, tarazlığını qoruyub saxladıq. "Əldə olunan naliyyətlərdən təkcə onu deyə bilərik ki, bu yaxınlarda həcmcə böyük bir 30 milyarda yaxın büdcəni təsdiq etdik. Valyuta ehtiyatlarımız 53 milyardı gəlib keçdi. Ümumi daxili məhsul artıq 74 milyarddan 81 milyardı keçmə proqnozu üzrədir və bütün bu iqtisadi göstəricilərimiz əlbəttə, ölkə prezidenti cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də apardığı proqmatik ardıcıl və çox ölçülüb biçilmiş, düşünülmüş təhlilərə, proqnozlara söykənən, dünya iqtisadiyyatına Azərbaycanın yerinin düzgün müəyyənləşdirməsinin məntiqi nəticəsidir."-deyə, millət vəkili əlavə etdi. Bildirdi ki, nailiyyətlərimiz sırasında bizi sevindirən hadisələr prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Qarabağa hər bir səfəri bizim hər birimizi sevindirdi, xalqımızı sevindirdi. Digər tərəfdən isə dövlətin əsas sütunlarından biri olan qanunvericilik orqanında 6-cı çağırışda Prezident İlham Əliyevin Parlamentə-parlamentarilərə olan tövsiyələri və bu tövsiyələrin uğurla həyata keçirilməsi xüsusilə, Parlamentin xarici diplomatiya sahəsindəki uğurları, şəxsən xanım sədr, Sizin rəhbərliyinizlə parlament heyətinin 10 xarici səfəri bizim naliyyətlərimiz sırasındadır.
    Millət vəkili çıxışı zamanı onu da vurğuladı ki, bizim nailiyyətlərimiz və uğurlarımız artdıqca, insanlarımızın yaxşı yaşaması istəyi də artır, zövqlər artır. Bunun özü də məntiqlidir və hesab edirəm ki, bu inkişafdan irəli gələn prinsiplərdir. Bu gün həmkarlarım nəqliyyatla bağlı məsələlərə də toxundu. Bu problem təmsil etdiyim Qaradağ rayonunda daha kəskindir. Çünki Ələt, Sahil və Sanqaçal qəsəbələrinə, təkcə tələbəni nəzərdə tuturam, gedib gəlməyi 5 saat vaxt sərf edir. Sərnişinnəqliyyatın müntəzəmliyinin təmin olunması, intervalın həddən çox olmasının qarşısının alınması və digər narahatlıq doğuran məsələlərin həlli istiqamətində aidiyyatı qurumlar tərəfindən ciddi tədbir görülməlidir.

    Bəradər SƏMƏNDƏRLİ
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ