Sizin reklam burada
Sizin reklam burada
  • Sərhəd və gömrükdə nəzarət gücləndirilməlidir

    Sərhəd və gömrükdə nəzarət gücləndirilməlidir "Sərhəd və gömrük məntəqələrində nəzarət gücləndirilməlidir"
    Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə deputat Jalə Əliyeva bildirib.
    Xanım deputat sosial çarxların çox önəmli olduğunu deyib:
    "Narkomaniyaya qarşı mübarizədə xüsusi çarxlar yayımlanmalıdır. Mətbuatın bu məsələdə rolunu artırmalıyıq".
    Deputat Məlahət İbrahimqızı çıxışı zamanı ölkəmizin tranzit ölkə kimi narkotiklə bağlı bəlanın acısını yaşadığını qeyd edib:
    “Azərbaycan elə bölgədir ki, narkobiznesin xəttində yerləşir. İşğaldan azad edilmiş torpaqlarda da narkotik bitkilər yetişdirilirdi. Həm də narkotik ticarətində bizim işğal altında olmuş yerlərdən tranzit kimi istifadə edilirdi”.
    Deputat tədrisə hələ də narkomaniya ilə mübarizə məsələsinin salinmamasını vurğulayıb:
    “Bununla bağlı addımların atılmasına da ehtiyac var. Həmçinin, nikaha gedən insanlardan Narkoloji Dispanserdən də arayış alınmasına ehtiyac var"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ