Sizin reklam burada
Sizin reklam burada
  • Deputatımız Gürcüstanda səfərdə olacaq

    Deputatımız Gürcüstanda səfərdə olacaq Milli Məclisin deputatı Musa Qasımlı noyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfərə gedəcək.
    Səfər çərçivəsində Musa Qasımlı Suxumi Dövlət Universitetinin və Türkiyənin Türk Tarix Qurumunun təşkilatçılığı ilə keçiriləcək “XX əsrdə türk-gürcü münasibətləri” adlı simpoziumda iştirak edəcək.
    Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş toplantıda deputatımız “Moskva və Qars müqavilələrinin Cənubi Qafqaza təsiri” mövzusunda məruzə edəcək.
    Səfər noyabrın 28-də başa çatacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ