Sizin reklam burada
Sizin reklam burada
  • Birliyimiz, qardaşlığımız və dostluğumuz əbədi olsun!

    Birliyimiz, qardaşlığımız və dostluğumuz əbədi olsun! Türk şurasının İstanbulda keçirilən Vİİİ-ci zirvə görüşü və Şuranın adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi göstərilən 30 illik səyin bəhrəsidir. Əslində isə düz 10 əsrdir ki, bu mübarizəni aparırdıq və sonunda oldu. Bu Turan deyil, daha böyükdür.
    Proses uzun çəkdi, amma arzularımızda olan təşkilat oldu. Bundan sonra heç yalnız deyilik, artıq kürəyimizi söykəyə biləcəyimiz 7 qardaşıq və sayımız da artmaqda davam edəcək.
    Növbəti qardaşlar Pakistan, Bosniya-Hersoqovina, Ukrayna və şahidlik edəcəyimiz digər dövlətlər olacaq. Bu təşkilat da bizim Avropa Birliyimizdir.
    XIX əsr türk- müsəlman dünyasının böyük düşüncə sahiblərindən biri İsmayıl bəy Qaspıralının dediyi yola çıxdıq: "Dildə, fikirdə, əməldə birlik!".
    Yalnız göz dəyməsin, bu təşkilat bizi çox, çox uzaqlara aparacaq. O uzaqlar isə çox işıqlı və bərəkətli olacaq.
    Azərbaycan Prezidenti İlham Əliyevə təşkilatın “Ali Nişan”nın verilməsi də Azərbaycan xalqının başını uca etdi. Prezident İlham Əliyev dedi ki, bu Azərbaycana verilmiş bir nişandır və bu fikri bölüşürəm. Bu ali nişan Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsinə, zəfərinə verilən qiymət idi. Bunu 6 dövlətin nümayəndəsi etdi. Bizim öz içimizdə isə hələ də 44 gündə əldə etdiyimiz uğura kölgə salmaq istəyənlər var. Çünki, dünyanın gəliş və gedişini düzgün qiymətləndirməkdə çətinlik çəkirlər.
    Danışmaq asan, etmək çətindir.
    Birliyimiz, qardaşlığımız və dostluğumuz əbədi olsun!
    Birliyimiz, qardaşlığımız və dostluğumuz əbədi olsun!


    Razi Nurullayev
    deputat

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ