Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkilindən ciddi təklif

    Millət vəkilindən ciddi təklifXəbər verildiyi kimi, oktyabrın 15-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 10 məsələ daxil edilmişdi. Cari məsələlərin ardınca müzakirə olunan əsas məsələlərdən biri də "Əhalinin Sağlamlığının Qorunması haqqında" ikinci oxunuşda qanun layihəsi idi. Layihə ətrafında çıxış edən deputatlardan Razı Nurullayev, Vüqar Bayramov, Aydın Hüseynov, Rüfət Quliyev, Musa Quliyev, Rəşad Mahmudov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev səhiyyə sahəsi ilə bağlı bir sıra fikirlərini bölüşdülər.
    Diqqət çəkən çıxışlardan birini-millət vəkili Aydın Hüseynovun fikirlərini olduğu kimi təqdim edirik:
    -İlk öncə qeyd etmək istərdim ki, hörmətli Əhliman müəllim Əmiraslanovun təmsil etdiyi komitə tərəfindən qanun layihəsinə dair təqdim olunan arayış çox mükəmməldir, hər bir kateqoriyadan olan şəxs üçün anaşılan və başa düşüləndir. Aryaşıda bu hissəni xüsusilə dilə gətirmək, səsləndirmək istərdim: Müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan təbibin tabeliyindəki tibb müəssisələrinə münasibətdə tibbi sığorta üzrə dövlət agentliyi yəni, burda müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (biz bu termini ilk dəfə olaraq eşidirik A. Hüseynov) arayışda özünü ilk dəfə göstərir və bundan sonra belə deyəcəyik, ilk yazlış formasına uyğundur. Yazılışına heç bir etirazım yoxdur. Sadəcə konkret olaraq hansı icra orqanı?
    Hesab edirəm ki, bu, mötərizə şəklində qanunun özündə də əks etdirilə bilər. İkinci səsləndirəcəyim fikir isə, hörmətli həmkarım Vüqar Bayramov bu barədə qeydlərini dilə gətirdi və bu fikrin davamı olaraq əlavə etmək istərdim ki, bir neçə dövlət qurumlarının tərkibindəki tibb müəssisələrində bu tarifləşmə baş verəcək. Ona görə də həmin bu tibb müəssisələri dövlət tibb müəssisələrində olduğu kimi burda müvafiq tarifləşmə olsun, yəni qiymətlər hamlsında eyni olsun. Bu baxımdan qanun özündə tarifləşmədən əvvəl vahid xidmətlər tarifinin vahid tarifinin, hər iki tarif sözünün əvvəlində vahid yazılsa bu onu özündə əks etdirəcək ki, yəni bütün dövlət müəssisələrində göstərilən xidmətlər vahid qiymətlərlə tənzimlənir.
    Bütövlükdə qanun layihəsini yüksək dəyərləndirirəm və səs verəcəyəm.
    Millət vəkilindən ciddi təklif
    BƏRADƏR
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ