Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdədir Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün oktyabrın 12-də Rusiya Federasiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Hicran Hüseynova, deputatlardan Pərvin Kərimzadə, Sevinc Fətəliyeva, Ülviyyə Həmzəyeva, Fatma Yıldırım və digər rəsmi şəxslər daxildirlər.
Sankt-Peterburqun “Pulkovo” hava limanında nümayəndə heyətini ölkəmizin Sankt-Peterburq şəhərindəki Baş konsuluSultan Qasımov, Sankt-Peterburq şəhərinin Xarici Əlaqələr üzrə Komitə sədri YevgeniQriqoryev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarsılayıblar.
Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək Forumda Milli Məclis sədrinin çıxışı nəzərdə tutulub. Forumda nümayəndə heyətinin üzvləri tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək, öz fikirlərini açıqlayacaqlar.
Səfər çərçivəsində parlamentin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də gözlənilir. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər oktyabrın 14-də başa çatacaq.
***
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdədir
Delegation Led by Chair of Milli Majlis Sahiba Gafarova Goes to St Petersburg

The parliamentary delegation led by the Chair of the Milli Majlis Sahiba Gafarova arrived in St Petersburg, Russian Federation on 12 October to join the Third Eurasian Women’s Forum.
Amongst the delegation members are a Milli Majlis committee chair Hijran Huseynova and the MPs Parvin Karimzade, Sevinj Fataliyeva, Ulviya Hamzayeva and Fatma Yildirim.
Azerbaijan’s Consul General to St Petersburg Sultan Gasimov, Chairman of the Committee for External Relations of St Petersburg Yevgheniy Grigoryev, the Permanent Envoy of the Milli Majlis to the CIS Parliamentary Assembly Aydin Jafarov and other officials welcomed our delegation at the Pulkovo Airport.
It is planned that the Chair of the Milli Majlis will speak at the forum that will be held at the Tauride Palace. Our delegation’s members are going to make Azerbaijan’s opinion marks regarding the subjects lined up for discussion; they will voice their own relevant ideas as well.
Chair Sahiba Gafarova is expected to have a series of meetings with the leaders of the participating delegations to discuss matters of mutual interest.
This visit ends on 14 October.
***
Делегация под руководством председателя Милли Меджлиса Сагибы Гафаровой отбыла в Санкт-Петербург

Парламентская делегация под руководством председателя Милли Меджлиса Сагибы Гафаровой 12-го октября прибыла в Санкт-Петербург в Российской Федерации для участия в Третьем Евразийском Женском Форуме.
В делегацию входят председатель парламентского комитета Хиджран Гусейнова, депутаты Парвин Керимзаде, Севиндж Фаталиева, Ульвия Хамзаева и Фатма Йылдырым, а также другие официальные лица.
В аэропорту Пулково делегацию встречали генеральный консул нашей страны в Санкт-Петербурге Султан Гасымов, председатель комитета внешних связей города Санкт-Петербурга Евгений Григорьев, постоянный представитель Милли Меджлиса при ПА СНГ Айдын Джафаров и иные официальные лица.
На предстоящем в Таврическом дворце форуме намечено выступление председателя Милли Меджлиса. Члены нашей делегации озвучат отношение Азербайджана к вынесенным на обсуждение темам и поделятся собственными соображениями на их счёт.
Как ожидается, за время визита Председатель Сагиба Гафарова проведёт ряд встреч с руководителями участвующих в мероприятии делегаций для обсуждения вопросов, вызывающих взаимный интерес.
Этот визит завершается 14-го октября.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ