Məsələyə aydınlıq gətirmək üçün, Millət Vəkili İqbal Məmmədova müraciət etdik.
Onun bu barədə fikrini oxucularımıza çatdırırıq: Hər bir Azarbaycan vətəndaşının ev sahibi olmasının tərəfdarıyam. Heç bir şəxsin evinin başqa şəxsə verilməsinin tərəfdarı deyiləm. Dövlətimizin imkanlari var və tezliklə şəhid ailələrini evlə təmin edəcək. Bizim mentalitetimizin dəyərlərinə görə, kimsə mülk, ev aldıqda başqasının o əmlakda gözü qalmamalıdr. İnşallah hər kəsin evi özünə qismət olar.
