İyulun 13-dəMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriSəməd Seyidovun başçılığı ilə deputatlarAsim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif ÇağatayKılıçındəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.Milli Məclisin deputatları burada 15 iyul 2016-cı il tarixindəTürkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar.Tədbirlərdə Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğan, TBMM sədri Mustafa Şəntopvə hadisə şahidlərinin çıxışları dinləniləcək. Deputatlarımız 15 iyul hadisələri zamanı TBMM-inbinasının zərər görmüş hissəsinə gedəcək,burada şəhidlərin xatirəsinə güllər düzəcəkvə sərgi ilə tanış olacaqlar.
Səfər çərçivəsindəAzərbaycan parlamentinin nümayəndələriAnıtkabiri və Heydər Əliyev Parkını da ziyarət edəcək, TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə və dostluq qrupundadeputat həmkarları ilə görüşəcək, fikir mübadiləsi aparacaqlar.
Səfər iyulun 16-da başa çatacaq.
