Sizin reklam burada
Sizin reklam burada
  • BMT-nin komitə sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiqləndi

    BMT-nin komitə sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiqləndi Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 80-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi haqqında sərəncam imzalayıb.
    Sərəncamda deyilir:
    - Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 2021-ci il oktyabrın 18-dən noyabrın 5-dək Cenevrə şəhərində keçiriləcək 80-ci sessiyasında Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilsin:

    Nümayəndə heyətinin rəhbəri
    Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

    Nümayəndə heyətinin üzvləri
    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
    Azərbaycan Respublikası təhsil nazirinin müavini
    Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
    Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi
    Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
    Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ