Bu gün Dövlət qulluqçularının peşə bayramı günüdür
Siyasət
23-06-2021, 16:37
1 560
Bu gün Dövlət qulluqçularının peşə bayramı günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən bu gün ölkəmizdə hər il geniş miqyasda qeyd edilir. Bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar nəticəsində dövlət qulluqçularının məsuliyyəti gündən-günə artırmaqla yanaşı, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması baxımından ciddi nəaliyyətlər əldə olunub. Son dövrdə bir çox dövlət qurumlarının statusu yenilənərək onlara publik hüquqi şəxs statusu verilib, bununla da onların həm hüquqları genişləndirilib, həm məsuliyyəti artırılıb və həm də müvafiq sahələrin idarə edilməsində daha fəal iştirakı təmin edilib. Bu sahədə gənclərin önə çəkilməsi və gənc kadrların peşəkarlığı hökumət-vətəndaş münasibətlərinin inkişafında mühüm rol oynayır. Dövlət qulluğu sahəsində çalışan bütün insanları səmimi qəlbdən təbrik edir, onlara fəaliyyətlərində nəaliyyətlər arzu edirəm. İltizam Yusifov, deputat