Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanla Ukrayna arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanla Ukrayna arasında əməkdaşlığın perspektivləri müzakirə olunub İyunun 10-da “Ukrayna-Azərbaycan: əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
Videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin məsul şəxsləri, Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri, Ukrayna azərbaycanlılarının diaspor təşkilatlarının təmsilçiləri, ictimai və akademik çevrələrin nümayəndələri iştirak ediblər.
Videokonfransda Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev çıxış edərək bildirib ki, Azərbaycanla Ukrayna strateji tərəfdaş ölkələrdir və dövlət başçılarımızın sayəsində bu münasibətlər yeni səviyyəyə yüksəlib. Beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə daim göstərdiyimiz dəstək də qarşılıqlı etimadın daha da artmasını şərtləndirib.
 Deputat Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyi 44 günlük Vətən müharibəsində Ukrayna dövləti və xalqının verdiyi dəstəyi yüksək qiymətləndirib. O, parlamentlərarası müstəvidə münasibətlərin genişləndirilməsindən bəhs edib, ölkələrimizin bir çox sahələrdə həm ikitərəfli qaydada, həm də beynəlxalq səviyyədə əməkdaşlığının vacibliyini vurğulayıb.
Sonra çıxış edənlər iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi, iqtisadi, mədəni, humanitar, sosial, təhsil və digər sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, regional təhlükəsizliyin möhkəmləndirilməsi kimi aktual məsələlər barədə fikirlərini səsləndiriblər.
Dəyirmi masanın moderatoru, jurnalist və ictimai xadim Yevgeni Androşuk videokonfransa yekun vuraraq tədbirə qatılanlara təşəkkür edib. Moderator bu cür tədbirlərin keçirilməsinin Azərbaycan və Ukrayna arasında əlaqələrin daha da inkişafına, böyük əməkdaşlıq potensialının tam reallaşdırılmasına öz faydasını verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanla Ukrayna arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ