Vitse-spikerVətən müharibəsindən söhbət açaraq onun Şanlı tariximizin ən böyük hadisələrindən biri olduğunu deyib, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qalib Ordumuzun 30 ilə yaxın işğal altında qalan torpaqlarımızıdüşmən təcavüzündən həmişəlik azad etməsinin hamımızın qürur mənbəyi olduğunu diqqətə çatdırıb. Bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən ordu quruculuğu, yüksək ixtisaslı hərbi kadrların hazırlanması döyüş meydanında düşmənə ağır zərbənin vurulması ilə nəticələndi. Müharibədə qazanılmış qələbənin diplomatik müstəvidə uğurla davam etdirilməsi isə bir neçə rayonumuzun düşmən tərəfindən dərhal boşaldılmasını təmin etdi.
Görüşdə Milli Məclis Sədrinin müavini Ermənistanda son 6 aydır davam edən xaosun səbəbinin müharibədəki məğlubiyyətləri olmasını diqqətə çatdıraraq 30 il davam edən işğal siyasətindən əl çəkməyən, hər addımda humanitar hüququn tələblərini kobud şəkildə pozan Ermənistanın bununla da özünü regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyduğunu vurğulayıb. Qeyd edib ki, bugün Ermənistanda da başa düşürlər ki, böyük səhvə yol veriblər, vaxt itiriblər. Ölkələri müstəqillik əldə etdikdən sonra inkişaf yolu ilə getməyə başlasaydılar, indi bu vəziyyətdə olmazdılar.İtirilən bu illər Ermənistanın daha da müflisləşməsinəsəbəb olub və Vətən müharibəsindəki məğlubiyyət də Ermənistan dövlətinin vəziyyətini daha da gərginləşdirib.
Adil Əliyev bildirib ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin əsasını qoymuşdur. Şuşa şəhərinin Azərbaycan Mədəniyyətinin paytaxtı elan edilməsi ilə eyni vaxtda “Xarıbülbül” kimi musiqi festivalının yenidən Şuşa şəhərində təşkil edilməsi isə Qarabağımıza yeni nəfəs gətirdi.
Səmimi görüşə görə təşəkkürlərini bildirən gənclər bundan sonra da istər yerli, istərsə də xarici media orqanları vasitəsilə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasınaçalışacaqlarını qeyd ediblər.Bildiriblər ki, Ermənistanın minalanmış sahələrin xəritəsini təqdim etməməklə törətdiyi növbəti humanitar hüququn pozulması faktları barədə geniş məlumat verəcək, habelə şəhid və qazı ailələrinin çətinliklərini hər zaman diqqət mərkəzində saxlayacaqlar.
Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.
