Sizin reklam burada
Sizin reklam burada

Milli Məclis Sədrinin müavini Adil Əliyev seçicilərilə görüşüb

Milli Məclis Sədrinin müavini Adil Əliyev seçicilərilə görüşüb Mayın 8-də Milli Məclis Sədrinin müavini Adil Əliyev Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Milli Məclisə deputat seçildiyi 20 saylı Nərimanov II seçki dairəsində seçicilərilə görüş keçirib.
Görüşdə Adil Əliyev Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı böyük xidmətlərindən danışıb, bugünkü müstəqil Azərbaycanın onun şah əsəri olduğunu qeyd edib. Bildirib ki, bu gün Ulu öndərin siyasi kursu onun layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Bu uğur sayəsində Ali Baş Komandanın rəhbərlik etdiyi Rəşadətli Ordumuz işğal altında olan əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından azad etdi. Hər il 8 may tarixi Şuşanın işğal günü kimi qəlbimizi göynətsə də, artıq həmin torpaqlarımızın işğaldan azad edilməsi hər bir azərbaycanlıda fəxarət hissi yaradır.
Görüş zamanı Sədr müavini tərəfindən vətəndaşların qaldırdıqları sosial, iqtisadi, təhsil və digər sahələrə aid olan bir sıra problemlər dərhal yerində həll edilib, digər məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb. Vətəndaşları narahat edən bir sıra məsələlərin həllinə köməklik göstərilməsi məqsədilə aidiyyəti qurumlara müraciətlər hazırlanması qərara alınıb.
Görüşdə iştirak edən seçicilər səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Söhbət zamanı vətəndaşlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrinin zəruriliyi də xatırladılıb.
Tədbirin sonunda aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ