Videokonfransda“Pandemiya dövründə əmək miqrasiyasının qanunvericilik təminatı tədbirləri haqqında” Birgə bəyanatın layihəsi təqdim edilib. Bildirilib ki, bu sənəd MDB PA-nın, Beynəlxalq Miqrasiya Təşkilatının Vyanadakı Regional ofisinin və Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun birgə layihəsidir.
Komissiyanın iclasında “Orqan donorluğu haqqında”, “MDB-yə üzv dövlətlərdə HİV infeksiyasının qarşısının alınması və müalicəsi üçün xidmətlərə bərabər çıxışın təmin edilməsi haqqında” model qanun layihələrinə dair məruzələr dinlənilib və müzakirələr aparılıb. “Müəssisələr (təşkilatlar)müflis olduğu halda işçilərin tələblərinin qanunvericilikləmüdafiəsinintəmin olunması haqqında” tövsiyəlayihəsinə münasibət bildirilib, təkliflər irəli sürülüb. “Sağlam həyat tərzi sahəsində sosial reklam haqqında”və “Rəqəmsal səhiyyə haqqında” model qanunların konsepsiya layihəsindən bəhs olunub.
ÜST-ün Avropa Regional bürosu ilə MDB PA-nınbirgə təşkil etdikləri “Səhiyyə xidmətlərinin universal əhatə dairəsi və dayanıqlı inkişaf məqsədləri” mövzusunda beynəlxalq konfransa hazırlığın gedişi müzakirə olunub.
Tədbirdə komissiyanın üzvü, Milli Məclisin deputatı AnatoliyRafailov da iştirak edib.
