Sizin reklam burada
Sizin reklam burada
  • Məşhur Məmmədov: “Ötən 3 il sübut etdi ki, xalq 11 apreldə öz seçimində yanılmayıb”

    Məşhur Məmmədov: “Ötən 3 il sübut etdi ki, xalq 11 apreldə öz seçimində yanılmayıb” “11 aprel seçkisi xalqın öz Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirdiyi tarixdir və bu tarixdə xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisə baş verdi. 11 aprel 2018-ci il tarixdə xalq müdrik bir seçim edərək Cənab İlham Əliyevi növbəti dəfə Prezident seçdilər. Xalqımız öz layiqli və ədalətli seçimini edərək sabitliyin, dinamik inkişafın, uğurlu daxili və xarici siyasətin dəstəkləndiyini bir daha təsdiqlədi və bu gün 30 il öz doğma yurduna, dədə-baba torpaqlarına həsrət qalan 1 milyondan çox soydaşlarımızın həsrətinə 44 gün ərzində son qoydu, Qarabağ Azərbaycanımızı özümüzə qaytardı, haqqın, ədalətin, ərazi bütövlüyümüzün bərpa etdi. Və bir daha bütün türk dünyası, bütün dünya gördü ki, 11 aprel 2019-si ildə keçirilən növbədənkənar prezident seçkisində xalqımız bir daha öz seçimində yanılmayıb və yeganə düzgün qərar qəbul edib”.Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov SİA-ya açıqlamasında deyib.
    Azərbaycanda seçkilərin azad və şəffaf keçirildiyini deyən millət vəkili M.Məmmədov bildirdi ki, seçkilərin nəticələri bir daha Azərbaycan xalqının Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi: “Əslində, ümummilli lideimiz Heydər Əliyevin xeyir-duası ilə 2003-cü ildən başlanan yolu, Cənab İlham Əliyev yeni tarixə şəraitə, yeni çağırışlara uyğun olaraq uğurla və qətiyyətlə davam etdirir. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması Azərbaycan vətəndaşlarının sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa səs verməsinin əyani ifadəsidir. Azərbaycan xalqı doğru seçimini etməklə özünün siyasi iradəsini bütün dünyaya bir daha çatdırmış oldu. Bu qələbə bütövlükdə Azərbaycan xalqının, lider-xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut etməklə, həm də Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu. Ötən 3 il sübut etdi ki, xalq 11 apreldə öz seçimində yanılmayıb və yeganə düzgün qərar qəbul edib. Son iki ildə cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atılıb. Ən böyük uğurumuz isə 44 gün davam edən İkinci Vətən Müharibəsində Zəfər Qələbəmiz oldu. Dövlət başçımızın dediyi kimi: “...Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb...”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev düşmən tapdağından azad edilən Füzuli şəhərinə üçrəngli şanlı bayrağımızı ucaldanda demişdi. Bəli, 30 ildən sonra düşməni doğma torpaqlarımızdan qovduq və öz el-obamıza, dədə-baba yurdumuza qayıtdıq. Müqəddəs bayrağımızı bir daha enməmək şərtilə ucaltdıq. Və bunu qələbəmizin memarı İlham Əliyev etdi. Müzəffər Ali Baş Komandan doğma Qarabağımıza qalib xalqın qalib sərkərdəsi kimi qədəm qoydu. Özü də Ermənistanla üçtərəfli bəyanat imzalanandan 6 gün sonra...”
    “Bugünkü müstəqil Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclüdür»-deyən Məşhur Məmmədov onu da bildirdi ki, 2003-cü ildən başlanan islahatlar, son iki ildə həyatımızın bütün sahələrini əhatə etməklə cənab Prezidentimizin təşəbbüsü və rəhbərliyi ilə daha qətiyyətlə, əzmlə və uğurla davam etdirilir və öz nəticələrini verir. Ölkəmiz bütün sahələrdə heç vaxt olmayan uğurlar qazanır. Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür: “Bütün bu uğurların kökündə xalqla iqtidarın sarsılmaz birliyi, cənab İlham Əliyevin yorulmaz fəaliyyəti dayanır. Bu günkü dünyanı cənginə alan koronavirus pandemiyası dövründə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin gördüyü tədbirlər əhali tərəfindən yüksək dəyərləndirilir və ölkə rəhbərinə olan inamını, sabaha ümidini daha da artırır. Azərbayca xalqı əmindir ki, onun taleyi etibarlı əllərdədir, sabahımız bu günümüzdən daha gözəl və firavan olacaqdır.
    Cənab Prezidentimiz İlham Əliyevə uğurlar diləyir, Onun apardığı siyasəti dəstəkləyir və hər zaman birlikdə olduğumuzu bəyan edirik».

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ