Sizin reklam burada
Sizin reklam burada
  • "Dəyişikliklər baş verərsə yeni bir çevik model yaranacaq"

    "Dəyişikliklər baş verərsə yeni bir çevik model yaranacaq" Ehtiram Mehtiyev
    Milli Cəbhə Partiyasının sədr müavini

    Yerlərdə İcra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil: "Görünən odur ki, İcra hakimiyyətlərinə yerlərdə münasibət mənfidir. Bu gün İcra hakimiyyətlərindən gələn narazılqlar nəticəsində prezident ard-arda imzaladığı sərəncamlarla bir neçə başçını vəzifəsindən azad etdi. Bəli, onlar öz işlərini düzgün yerinə yetirmədilər. Bəziləri nəhəng bizneslərə sahiblik edən rüşvətxor və korrupsionerlərə çevrilib. Nəzarət etdikləri ərazilərdə az qala padşahlıq edirdilər.
    Hesab edirəm ki, nöqsanları bütün icra başçılarına da yapışdırmaq olmaz. Çox ləyaqətlə işini görə bilən, bacarıqlı, insanlarla normal münasibətdə olan icra başçıları da var. Amma böyük əksəriyyəti isə özünü yerlərdə "xırda padşah" kimi aparır, ölkənin nüfuzuna xələl gətirəcək addımlar atırlar
    Bu baxımdan İcra hakimiyyətlərinin adlarının dəyişdirilməsi və rayonların birləşdirilməsi gözləniləndir. Düzdür, bunun üçün konstitusiya islahatları keçirilməlidir.
    Buna baxmayaraq bu dəyişikliklər baş verərsə yeni bir çevik model yaranacaq. Yerlərdə baş verən hadisələrin daha dəqiq, daha düzgün, daha operativ Prezidentə çatdırılması təmin ediləcək. Hesab edirəm ki, bu institutun qurulmasına böyük ehtiyac var. Eyni zamanda bu model səmərəli idarə olunarsa yerlərdə əhali ilə sıx təmaslar qurulmasına və birbaşa onlarla dialoq mühitinin bərqərar olmasına şərait yaradacaq".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ