Rusiya XİN-nin məlumatına görə, fevralın 9-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Görüş zamanı ikitərəfli, regional və beynəlxalq gündəliyə dair aktual məsələlər müzakirə edilib. “Görüş ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri üçün səciyyəvi olan ənənəvi konstruktiv və səmimi şəraitdə keçib”.
