Cənab Prezident İlham Əliyev möhkəm xarakterə malik kamil şəxsiyyət, görkəmli dövlət xadimi olmaqla yanaşı, bu gün tarixdə fateh sərkərdə kimi öz möhürünü vurmuşdur. Hər zaman beynəlxalq aləmdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmış, dövlətimizin iqtisadi-siyasi maraqlarını təmin edən və qərarların qəbulu üçün bütün gücünü səfərbər etmişdir. Birbaşa Azərbaycan dövlətinin inkişafına və xalqımızın rifahının yüksəlməsinə köklənmiş siyasi fəaliyyəti hər zaman dünya liderləri tərəfindən qəbul edilmiş və yüksək səviyyədə dəyərləndirilmişdir. Dünyanın ən inkişaf etmiş ölkələri sırasında Azərbaycanı ləyaqətlə təmsil edərək böyük nüfuz qazanmaqla yanaşı, dost-qardaş dövlətlər sırasına da öz dəsti-xətti, səmimiyyəti, möhkəm iradəsi və alicənablığı ilə qəbul edilmişdir. Hər zaman sülh, əminamanlıq tərəfdarı olan Ali Baş Komandan 30 ilə yaxın erməni terroristlərinin xalqımıza qarşı törətdiyi zorakılıqları, bu zorakılıqların acı nəticələrini dəfələrlə beynəlxalq tribunalardan dünya ictimaiətinə çatdırmışdır. Dağlıq Qarabağ münaqişəsinin həllində uzun illərdir aparılan sülh danışıqlarının faydasız olduğunu düşünərək 44 günə Ermənistana öz gücünü və qüdrətini göstərdi. Mən əminəm ki, bu şanlı və şərəfli qələbə sevinci yaşayan xalqımız bundan sonra da Cənab Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşərək onun hüquqi və ədalətli fəliyyətini dəstəkləyəcəkdir.
Cənab Prezident, mən sizə möhkəm can sağlığı və xoşbəxtlik diləyirəm. Xalqımızın əmin-amanlığı və rifahı naminə ən səmimi arzularımı ifadə edirəm. Addımladığınız bu haqq yolunda hər zaman Uca Tanrı köməyinizdə olsun. Yeni yaşınız mübarək, cənab Prezident!
Hörmətlə, ADBTİA-nın prorektoru, professor Yusif Babanlı
