Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda çox böyük coşğu yaşanmaqdadır

    Azərbaycanda çox böyük coşğu yaşanmaqdadır Əflatun Amaşov,
    Azərbaycan Mətbuat Şurasının sədri


    Xalq birliyi və bütövlüyünün coşğusunu içimizə Murovun təmiz havasını ciyərlərimizə çəkirmiş kimi çəkirik. Bundan gözəl duyğu ola bilməz. 43 gün öncə bu yaşantını heç xəyalən də ağlımıza gətirə bilməzdik. Qarabağla bağlı ən nikbin proqnozlarda da indiki vəziyyət təsəvvürə gətirilə bilməzdi. Biz qələbə qazandıq. Böyük qələbə!
    Amma baxıram ki, kimlərsə bu qələbəyə xələl gətirmək istəyir. Bəziləri bilməyərəkdən. Sadəcə arzu edirlər ki, erməni mərəzi tamamilə ölkəmizdən təmizlənsin. Belələrini müəyyən mənada başa düşürəm.
    Amma bəzilərinin qələbəni məqsədli şəkildə kiçiltmək əzmini, bunun üçün seçdikləri tonu qətiyyən anlamıram. Tam əminəm ki, belələrinin əksər hissəsi Dağlıq Qarabağ münaqişəsi nin tarixindən tam xəbərsizdir. Bu barədə söz açıb vaxtınızı almağa zərurət görmürəm. Yalnız onu deyim ki, postsovet məkanında dondurulmuş münaqişələrdən olan Dağlıq Qarabağ problemi Azərbaycana, Azərbaycan xalqına və onun müstəqilliyinə qarşı son dərəcə incə işlənmiş bir məsələdir. Sanki bir düyündür. Erməni kartına hesablanmış düyündür.
    Bu gün Azərbaycan o düyünü güc yolu ilə kəsdi. Ötən 43 gündə nə qədər təzyiqlər oldu. Elə bilirsiniz ki, bu təzyiqlər sıradan məsələdir? İnanın ki, ermənilərin işğal altındakı torpaqlarımızda qurduqları istehkamlardan qat-qat güclü siyasi istehkamları hələ də qalmaqdadır. Dünyanın hər yerində. Biz məhz o siyasi istehkamları yararaq qələbəmizə qovuşduq.
    Qələbəmizin memarı Prezident İlham Əliyevdir. O, nəyi, necə və nə vaxt etməyi gözəl bilən misilsiz dövlət adamı, böyük tarixi simadır. Azərbaycan cəmiyyəti ona etimad edir, inanır. Xalq gözəl bilir ki, Prezident Azərbaycan maraqlarını heç bir halda, heç bir qüvvəyə güzəştə, heç bir kompromisə getməyib və getməyəcək də. Biz bir xalq olaraq ona bundan sonra güvənməliyik, güvənirik.
    Cənab İlham Əliyev "Qarabağ Azərbaycandır" dedi və sözünü əməli fəaliyyətilə ortaya qoydu. Xalq birliyini, əzmini Qarabağa kökləməyin usta obrazıdır cənab İlham Əliyev. Bu usta üçün keçilməyən sədd yoxdur. Çox istərdim ki, hər kəs bunu bir daha anlasın, qəbul etsin. Xüsusən də Qələbəmizin miqyasını məqsədli şəkildə kiçiltmək kimi avantürizmə baş vuranlar.
    Нажмите, чтобы Ответить, Ответить всем или Переслать

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ