Sizin reklam burada
Sizin reklam burada
  • Düşmən Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində geri çəkildi

    Düşmən Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində geri çəkildi Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
    Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
    Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ