Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi

    Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi
    /atributinfo.az/ İyunun 19-da Milli Məclisdə Pakistanlaparlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan İslam Respublikası Parlamentinin Senatındaölkəmizlə dostluq qrupunun əlaqələndiricisi cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi.
    Görüşdə Qənirə Paşayeva dedi ki, Azərbaycan ilə Pakistandost və qardaş ölkələrdi. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan dövlətdir. Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, humanitar əlaqələr çox yüksək səviyyədədir. Münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri əhəmiyyətli rol oynayıb. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir, biz bu əməkdaşlığın gücləndirilməsində maraqlıyıq.
    Bildirildi ki, ümummilli lider Heydər Əliyevin başladığı yolu, Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi beynəlxalq səviyyəli bir sıraonlayngörüşlərdə COVİD-19-la mübarizəyə xüsusi diqqət yetirir.
    Qənirə Paşayeva 2015-ci il 11 fevral tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edildiyiniqeyd edib.
    Görüşdə deputat Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsinin tarixindən danışıb.Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq.Deputat Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.
    Pakistan İslam Respublikası Parlamentinin Senatının ölkəmizlə dostluq qrupunun əlaqələndiricisi Məhəmməd Talha Mahmud görüşə görə minnətdarlığını bildirdi. Parlamentlərarası əlaqələrin inkişafı, neft-qaz hasilatı, enerji sahəsində əməkdaşlığın qarşılıqlı faydalarından söz açıb. Siyasi, iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunuduğu deyib. Pakistan-Azərbaycan ələqələrinin inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. O,video-görüşdə əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsininəhəmiyyətini vurğulayıb.Məhəmməd Talha Mahmud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
    Görüşdə parlamentlərarasıəlaqələrin gələcək inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
    Video-görüşdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov,deputatlar Ceyhun Məmmədov, Eldəniz Səlimov, Ülviyyə Həmzəyeva,AzərBadamov, Bəhruz Məhərrəmov,Azərbaycanın Pakistandakı səfiri Əli Əli-zadə və digər rəsmi şəxslərçıxış edərək müzakirə olunan məsələlərə öz münasibətlərini bildirdilər.


    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ