Sizin reklam burada
Sizin reklam burada
  • SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

    SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA İyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirildi.
    Komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə koronavirus (COVİD-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, bu sahədə həyata keçirilən tədbirlər barədə danışdı. Bu sahədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətini yüksək qiymətləndirən komitə sədri ölkə vətəndaşları tərəfindən karantin rejiminin yumşaldılmasındansui-istifadənin yolverilməz olduğunu vurğuladı.
    Sonra iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsibirinci oxunuşda müzakirə edildi. Əhliman Əmiraslanov sənədi ətraflı şərh etdi. Qeyd olundu ki, qanun layihəsi ölkə Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq, Azərbaycanda insan orqan və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək. 5 fəsil, 35 maddədən ibarət sənəddə qanunun tətbiq dairəsi, donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin uçotu, donorluq işinin koordinasiyası, donor orqanlarının resipiyentlər arasındabölüşdürülməsi kimi məsələlər ətraflı ehtiva olunub.
    Komitə üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, dəvət olunmuş mütəxəssislər qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, bu sahədə dünya ölkələrinin qabaqcıl təcrübəsindən danışdılar.
    Gündəliyin ikinci məsələsini təqdim edənMilli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov“Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara təklif olunan dəyişiklikləri diqqətə çatdırdı.Bildirdi ki, bu dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır.
    İclasda gündəliyin üçüncü məsələsinin - “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərin (birinci oxunuş) mahiyyətini açıqlayan Məhəmməd Bazıqov diqqətə çatdırdıki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanunda tibb müəssisələrinin akkreditasiyası nəzərdə tutulmuşdur. BunuTƏBİB-intabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyi həyata keçirəcəkdir. Sənəddə ambulator xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun məbləği ərazi (regional) prinsipinə görə, stasionar xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasına görə tutulan dövlət rüsumununməbləği isə çarpayı sayına görə diferensiallaşdırılır. Tibb müəssisələrinin akkreditasiyasının məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, əhalinin yüksək keyfiyyətli tibbi xidmət göstərən müəssisə tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsidir.
    Ətraflı müzakirələrdən sonra hər 3 qanun layihəsi MilliMəclisin plenar iclasına tövsiyə edildi. /atributinfo.az/

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
    SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDASƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDASƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDASƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDASƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDASƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ