Plenar iclasdan
Xəbər verildiyi kimi, mayın 19-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə daxil olan 19 məsələnin birincisi “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı” haqqında idi. Cari məsələlərin müzakirəsindən sonra Daxili İşlər Nazirinin birinci müavini Seyfulla Əzimov qeyd etdiyimiz məsələylə bağlı geniş hesabat məruzəsi söylədi.

Məruzə ətrafında çıxış edən millət vəkili İsa Həbibbəyli dedi:
- Hesabatı yetərincə müsbət qiymətləndirirəm və ona səs verəcəm. Eyni zamanda ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında koronavirusla mübarizə dövründə Azərbaycan polisinin həyata keçirdiyi tədbirlər haqqında öz fikirlərimi bildirməyi özümə borc bilirəm. Məndən öncə həmkarlarımın da burda qeyd elədiyi kimi, Azərbaycan polisi dünya üçün, Azərbaycan üçün çox məsuliyyətli olan bu günlərdə öz vəzifə borcunu yüksək ləyaqətlə yerinə yetirdi. Müşahidə olunan müsbət hallardan biri də o idi ki, polis operativ qərargahın tələblərini təmin etməklə bərabər, həm də bir çox hallarda, sözün əsl mənasında maarifçilik tədbirlərini də həyata keçirirdi, lazımi məsələlərin həllində insanlara istiqamət verirdi, yol göstərirdi, bələdçilik edirdi, əlindən tuturdu, izahlar verirdi. Azərbaycan polisi gerçək mənada bu böyük imtahan günlərində özünün fədakarlığını bir daha isbat elədi. Hesab edirəm ki, Azərbaycan polisinin pandemiya dövründə, koronavirusla mübarizə tədbirlərinin həyata keçirilməsində apardığı əhəmiyyətli işlər sayəsində bu böyük qurum dövlətin etimadını qazanmaqla bahəm, ümumxalq rəğbətini də qazana bildi.
Azərbaycan ziyalıları alimləri adından, millət vəkili olaraq, şəxsən öz adımdan Azərbaycan polisinə əldə etdiyi nailiyyətlərə görə dərin minnətdarlığımı bildirirəm.
İnsan alverinə qarşı mübarizəylə bağlı burada Daxili İşlər Nazirinin birinci müavini, hörmətli Seyfulla müəllim Əzimovun verdiyi geniş arayış, izahat əslində bu istiqamətdə görülən işlərin tam mənzərəsini obyektiv şəkildə canlandırdı. Eyni zamanda, qeyd eləmək istəyirəm ki, deputatlara təqdim olunmuş Azərbaycan Respublikasında “İnsan Alverinə Qarşı Mübarizə haqqında”kı hesabatda bu istiqamətdə DİN və əlaqədar qurumların birgə həyata keçirdiyi tədbirlərin mənzərəsini geniş şəkildə özündə əks elətdirir. Həm təqdimatdan, həm də hesabatdan çox aydın şəkildə görünür ki, əvvəlki illərlə müqayisədə insan alverinə qarşı mübarizə istiqamətində ölkəmizdə aparılan işlərin müsbət dinamikası vardır, bu isə hər il müəyyən irəliləyişlərə nail olmağa əsas verir. Bugünkü hesabatda da bu dinamika və inkişaf rəqəmlərlə özünün tam əksini tapır.
Yeri gəlmişkən iki faktoru nəzərinizə çatdırmağı özümə borc bilirəm. Onlardan biri insan alverinə qarşı aparılan mübarizədə maarifçilik tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Bizə təqdim olunan hesabatda maarifçilik tədbirlərinin ayrıca maddəylə yazılması təqdirəlayiq haldır. Çünki polis deyəndə, adamın ilk diqqətinə cəza tədbirləri, qanunvericilik tələbləri gəlirsə, bugünkü hesabatdan da göründüyü kimi və bizə təqdim olunan yazılı hesabatdan da göründüyü kimi Daxili İşlər Nazirliyi maarifçilik tədbirlərinin aparılmasını daha çox önə çəkib.
Hesab edirəm ki, qabaqlayıcı maarifçilik tədbirlərin təbliğat, təşviqat işinin bu istiqamətdəki məqsədyönlü şəkildə təşkili və icra olunması əldə olunan nəticələrin meydana çıxmasında əsas faktorlardan biridir.
İkincisi, son ildə reabilitasiya mərkəzlərinin yaranmasını müsbət hal hesab edirəm. Məhz reabilitasiya mərkəzlərində aparılan iş bu istiqamətdəki fəaliyyətin daha normal şəkildə qoyulmasına sözün əsl mənasında böyük təsirini göstərir, əhəmiyyətini verir.

Bəradər Səməndərli