Sizin reklam burada
Sizin reklam burada
  • Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ: 5 gün ardıcıl...

    Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ: 5 gün ardıcıl... Azərbaycanda qeydə alınan pozitiv koronavirus faktlarının 20%-i Rusiyadan gəlmədir.
    Bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
    H.Hacıyev bildirib ki, Samur keçid məntəqəsində toplaşan azərbaycanlıların sosial mediada yayılan görüntüləri qəbuledilməzdir: "Rusiyada müvəqqəti əsasda yaşayan vətəndaşlarımızın ölkəyə gətirilməsi və geri qaytarılmasını növbəli şəkildə həyata keçirmək üçün portal yaradılıb. Bu portalın adı " Evə gedirəm" portalıdır. Rusiyada yaşayan vətəndaşlarımız bu portaldan qeydiyyatdan keşməlidir. Portal avtomatik olaraq onları sıralayacaq və Azərbaycandakı vəziyyət nəzərə alınaraq onlar ölkəmizə gətiriləcəklər. Portal yaxın günlərdə fəaliyyətə başlayacaq və 5 gün ardıcıl işləyəcək. Daha sonra işinə fasilə veriləcək və informasiya emal olunacaq. 550-yə yaxın Azərbaycan vətəndaşı Rusiyadakı rəsmi qurumlarımıza müraciəti qeydə alınıb. Həmin müraciətlər də onlayn portala yerləşdiriləcək. Rusiyada yaşayan vətəndaşlarımızın fərdi şəkildə sərhəd-keçid məntəqələrinə gəlməsinə ehtiyac yoxdur. Onlar növbəlilik prinsipində vətənə qayıtması təmin olunacaq".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ