Sizin reklam burada
Sizin reklam burada
  • Əli Əhmədov: Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq

    Əli Əhmədov: Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq Növbəti parlament seçkilərində gənclərdən ibarət deputat korpusunun da formalaşması bizim diqqətimizdə olacaq. Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov mətbuat konfransında deyib.
    Ə.Əhmədov bildirib ki, söhbət parlamentə xalqı ən layiqlə təmsil edən şəxslərin cəlb edilməsindən gedir:
    “Çalışacağıq ki, parlamentdə xalqı layiqincə təmsil edən gəncləri önə çəkək. YAP-dan nə qədər şəxsin parlamentdə təmsil olunması xalqın seçimindən asılı olacaq. Biz çalışacağıq vətəndaşları inandıraq ki, YAP üzvləri parlamentdə onları layiqincə təmsil edəcək”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ