Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu
Siyasət
20-09-2019, 11:19
561
Sentyabrın 22-də Nyu York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər verir. Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.