Sizin reklam burada
Sizin reklam burada
  • ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər


    Naməlum hakerlər Pentaqonun məlumat bazalarında yer alan təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə edib.

    Bu barədə “ABC News” məlumat yayıb.

    Məlumata görə, kiberhücum 2,76 milyon sağ və 294 min vəfat etmiş şəxsin məlumatlarına təsir edib.

    Hakerlərin 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək məlumat mərkəzinə giriş əldə etdiyi bildirilir. Sızdırılan məlumatlar arasında sosial təminat nömrələri, hərbi və mülki işçilərin peşə məlumatları da ola bilər.

    Pentaqon hakerlərin əldə etdikləri məlumatlardan sui-istifadə etdiyinə dair hələlik dəlil aşkar etməyib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ