![]()
Alimlər kosmosdan Yerə fasiləsiz yağan hissəcikləri müşahidə etməyə imkan verən cib ölçülü detektor hazırlayıblar.
Bu barədə ScienceDaily məlumat yayıb.
Təxminən 100 dollara başa gələn cihaz kosmik şüaların atmosferlə toqquşması nəticəsində yaranan hissəcikləri müəyyən edə bilir.
Əvvəlcə tələbə layihəsi kimi başlayan texnologiya artıq daha böyük elmi eksperimentlərdə və atmosfer şarları ilə aparılan tədqiqatlarda istifadə olunur.
