Sizin reklam burada
Sizin reklam burada
  • “NY Post”: “Abraham Lincoln” gəmisində narkotik satdığına görə ər-arvad həbs edilib


    ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisində narkotik satdığına görə evli cütlük həbs edilib.

     “New York Post” bu barədə məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

    Məlumata görə, Bailey Şramovski və həyat yoldaşı Conni Pumaihealani 2022-ci ildən gəminin heyət üzvlərinə kokain, fentanil və oksikodon satdıqlarını etiraf ediblər. Şramovski 2023-cü ildə bir dənizçinin fentanil dozasının həddindən artıq qəbulu nəticəsində ölümündə ittiham olunur.

    Məhkəmənin hökmü dekabrın 11-də açıqlanacaq. Şramovski 40, Pumaihealani isə 20 ilədək həbs cəzası gözləyir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ