Böyük Britaniya Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulmasına çalışır.
“Financial Times” (FT) bu barədə mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın maliyyə naziri Con Heli qarşıdakı danışıqlarda Londonun Aİ ilə münasibətlərdə “yenidən qurulma” istəyi barədə həmkarlarına məlumat verəcək.
London həmçinin Avropa İttifaqının “Avropada istehsal olunub” sənaye siyasətinə Böyük Britaniyanın da daxil edilməsini təklif etməyi planlaşdırır. Bu təşəbbüsün Aİ ölkələri və Avropa Parlamenti tərəfindən dəstəklənməsi tələb olunur.
