Sizin reklam burada
Sizin reklam burada
  • “Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

    Elmi işçi:  Heydər müəllim, qısa müddətdə sosial şəbəkələrdə böyük auditoriyaya çatdınız. Bu tanınma sizin üçün nə deməkdir?

    Teacher Haydar:“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə. 

    Elmi işçi: Heydər müəllim, qısa müddətdə sosial şəbəkələrdə böyük auditoriyaya çatdınız. Bu tanınma sizin üçün nə deməkdir?

    Teacher Haydar:

    Bunu sadəcə məşhurluq kimi qəbul etmirəm. İllər ərzində gördüyüm işin görünməyə başlamasıdır. İnsanlar məni qalmaqalla deyil, tədris videoları ilə tanıdılar.

    Elmi işçi: Uşaqlığınız necə keçib?

    Teacher Haydar:

    Ailəmiz sadə yaşayırdı, imkanlarımız məhdud idi.Uşaqlıq illərimizdə məhəllədəki uşaqların əksəriyyətinin velosipedləri olduğu halda mənim və qardaşlarımın velosipedi olmayıb.Biz də valideynlərimizə bildirəndə ki, bizə də velosiped alın, onlar deyirdilər: «Birdən yıxılarsınız, qolunuz-ayağınız sınar». Bilmirəm, bəlkə də bu həddindən artıq evlad istəyindən doğurdu. Bəlkə də, imkansızlıqdan bunu deyirdilər

    bizə...Amma həmin illər mənə vacib dərs verdi: insan sahib olmadığı şeylərə deyil, qura biləcəyi gələcəyə baxmalıdır.

    Elmi işçi: Çətinliklər sizi sındırmadı?

    Teacher Haydar:

    Əksinə, məni formalaşdırdı. Həm işlədim, həm oxudum, universitet təhsili aldım, Bakıda mətbuat sahəsində çalışdım. Heç vaxt “artıq gecdir” düşüncəsinə təslim olmadım. Prinsipim budur: gecikmək başqa şeydir, təslim olmaq başqa.

    Elmi işçi: Müəllimliyə nə vaxt bağlandınız?

    Teacher Haydar:

    Uşaqlara və gənclərə ingilis dili öyrətdikcə anladım ki, biliyi ötürmək böyük məsuliyyətdir. Şagirdin dərsdən sonra nəyisə başa düşməsi və özünə inam qazanması mənə böyük zövq verir. Beləliklə, müəllimlik həyatımın ayrılmaz hissəsinə çevrildi.

    Elmi işçi: Siz həm də tanınmış şairsiniz. Bu iki sahə bir-birinə mane olmur?

    Teacher Haydar:

    Əksinə, bir-birini tamamlayır. Müəllimlik mənim fiziki qidam, şairlik isə ruhi qidamdır. Müəllimliklə bilik verirəm, şeirlə daxili dünyamı ifadə edirəm.

     Elmi işçi: Şair Heydər Ələddinoğlu ilə “Teacher Haydar” arasında fərq nədir?

    Teacher Haydar:

    Bunlar eyni insanın iki tərəfidir. Şair Heydər hisslərimi və düşüncələrimi, Teacher Haydar isə biliyimi və müəllimlik enerjimi bölüşür. Birində sözlə hisslərə, digərində biliklə düşüncələrə toxunuram.

     Elmi işçi: Videolarınızın yüz minlərlə izlənməsi gözlənilməz idi?

    Teacher Haydar:

    Bəli. Videoları məşhur olmaq üçün deyil, ingilis dilini sadə şəkildə öyrətmək məqsədilə çəkirdim. Sonra paylaşımlar yayıldı və “Teacher Haydar” bir müəllim obrazına çevrildi. Bu, həm sevindirici, həm də böyük məsuliyyətdir.

     Elmi işçi: İnsanlar niyə məhz sizin videolarınıza belə reaksiya verdilər?

    Teacher Haydar:

    Düşünürəm ki, səmimiyyətin öz dili var. Kameranın qarşısında necə dərs keçirəmsə, elə də danışıram. İnsanlar süni reklamdan çox, real müəllimi görmək istəyirlər. Videolarımda əsas qəhrəman qalmaqal deyil, dərsin özüdür.

     Elmi işçi: Tanındıqdan sonra həyatınızda nə dəyişdi?

    Teacher Haydar:

    Ən böyük dəyişiklik məsuliyyətimin artmasıdır. İndi yalnız şagirdlərim qarşısında deyil, məni izləyən böyük auditoriya qarşısında da məsuliyyət daşıyıram. İstəyirəm ki, “Teacher Haydar” adı savad, zəhmət və müəllimliklə assosiasiya olunsun.

    Elmi işçi: Sizə baxıb “Mən də bacara bilərəm” deyən gənclərə nə demək istərdiniz?

    Teacher Haydar:

    İnsanın başlanğıc nöqtəsi onun son nöqtəsi deyil. Mən də asan yoldan gəlməmişəm, amma öyrənməkdən, işləməkdən və yenidən başlamaqdan qorxmamışam. “Teacher Haydar” adının arxasında bir gecənin deyil, illərin zəhməti dayanır.

    Ən böyük uğurum insanların məni tanıması deyil. İllər əvvəl özümə verdiyim “təslim olmayacağam” sözünü bu gün də yerinə yetirməyimdir.

    Yaxşı ki, təslim olmamışam.

    Müsahibəni apardı: Sulduz Səlimov. 

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru.

    17.09.2026.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ