Sizin reklam burada
Sizin reklam burada
  • Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

    Dekabr ayında Azərbaycanda sənaye sahəsinin ehtiyaclarına uyğun süni intellekt agentlərinin hazırlanmasına həsr olunmuş hakaton təşkil ediləcək.

    Bunu 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Digital Impact Baku 2026” tədbirində çıxışı zamanı deyib.

    O qeyd edib ki, hakatonun əsas məqsədi Azərbaycan sənayesinin real ehtiyaclarına uyğun süni intellekt həllərinin və prototiplərinin hazırlanmasını təşviq etməkdir. Hakaton ənənəvi komanda formatından fərqli olaraq fərdi iştirak prinsipi əsasında təşkil ediləcək. Bu modeldə iştirakçıların komandası rolunda süni intellekt agentləri çıxış edəcək. Hakatonda iştirak edən gənc mütəxəssislər və startapçılar sənaye müəssisələrinin qarşılaşdığı konkret problemlərə uyğun texnoloji həllər hazırlayacaqlar.

    4SİM-in icraçı direktorunun müavini sənaye müəssisələrinin nümayəndələrini hakatonda təqdim olunacaq layihələrlə tanış olmağa və perspektivli iştirakçılarla əməkdaşlıq qurmağa çağırıb. Onun sözlərinə görə, bu əməkdaşlıq startapların məhsullarının sınaqdan keçirilməsi, istedadlı mütəxəssislərin işə cəlb olunması və perspektivli layihələrin dəstəklənməsi formasında ola bilər.

    Soltan Bayramov əlavə edib ki, hakatonun yekununda sənaye müəssisələrinin rəhbərlərinin iştirakı ilə görüşün keçirilməsi də nəzərdə tutulur. Görüşün məqsədi müəssisələrin müəyyən etdiyi inkişaf yol xəritələrinin icrasını sürətləndirmək və bu istiqamətdə rəhbərlik səviyyəsində dəstəyi gücləndirməkdir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ