Sizin reklam burada
Sizin reklam burada
  • Təmir işlərinin yükünü də vətəndaşın cibinə yükləmək düzgün yanaşma deyil

    Ehtiram Mehdiyev 

    Milli Cəbhə Partiyasının sədr müavini


    Bakıda nəqliyyat problemi artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Səhər və axşam saatlarında şəhərin bir çox istiqamətində hərəkət etmək ciddi vaxt itkisinə səbəb olur. İndi isə metroda aparılan təmir işləri vəziyyəti daha da çətinləşdirib. Məsələn, 28 May stansiyasından Elmlər Akademiyası istiqamətində hərəkət edən sərnişinlər üçün ekspres avtobuslar nəzərdə tutulub. Amma bu avtobuslardan istifadə də vətəndaş üçün əlavə xərc deməkdir.


    Əslində burada sadə bir yanaşma olmalıdır. Metroda təmir gedirsə və sərnişin alternativ nəqliyyatdan istifadə etməyə məcburdursa, həmin ekspres avtobuslar təmir müddətində pulsuz olmalıdır. Vətəndaş bir istiqamətə getmək üçün metrodan istifadə edə bilmədiyi halda, məcbur qalıb əlavə nəqliyyat haqqı ödəməməlidir. Xüsusilə tələbələr, hər gün işə gedib-gələn insanlar və sosial təminatı zəif olan vətəndaşlar üçün bu, ciddi əlavə yükdür.


    Metrodan gün ərzində yüz minlərlə insan istifadə edir və kifayət qədər ödəniş toplanır. Təmir işlərinin yükünü də vətəndaşın cibinə yükləmək düzgün yanaşma deyil.


    Heç olmasa metroda təmir başa çatanadək ekspres avtobuslar pulsuz olsun. Təmirin aparılması başadüşüləndir. Amma təmirin yaratdığı əlavə nəqliyyat probleminin və maliyyə yükünün vətəndaşın üzərinə qoyulması başadüşülən deyil.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ