Sizin reklam burada
Sizin reklam burada
  • Dünya Bankı: Trans-Xəzər dəhlizinə sərmayələr iqtisadi inkişafı dəstəkləyəcək və milyonlarla iş yer açacaq

    Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Nəqliyyat Marşrutuna strateji investisiyalar iqtisadi artımı əhəmiyyətli dərəcədə sürətləndirə, iş yerləri yarada, Avropa və Mərkəzi Asiyada özəl sərmayələri cəlb edə bilər.

    Bu fikir Dünya Bankının “İnteqrasiya: Trans-Xəzər Nəqliyyat Marşrutu logistikası vasitəsilə qlobal ticarət” adlı hesabatında yer alıb.

    Hesabatda qeyd olunub ki, bu marşrutla qlobal ticarətin həcmi 2040-ci ilədək üçqat arta, yüklərin tranziti vaxtı isə yarıbayarı azala bilər. Nəticədə regional ÜDM 3,3 faiz arta və məşğulluq əlavə 2 milyon iş yeri ilə genişlənə bilər.

    Hesabatda, həmçinin qeyd olunur ki, infrastruktur investisiyalarının nəqliyyat və ticarət səmərəliliyinin artırılmasına yönəlmiş islahatlarla birləşdirilməsi daha böyük fayda verə bilər. Belə bir ssenaridə yükdaşımalarının həcmi 2040-cı ilə qədər dörd dəfə arta və səyahət müddəti üçdə iki dəfə azaldıla bilər.

    Dünya Bankına görə, 2040-cı ilə qədər, xüsusən də dəmir yolu şəbəkələri, dəniz limanları və avtomobil yolları üçün 25 milyard dollardan çox infrastruktur investisiyası tələb olunacaq. Dəhliz boyunca yerləşən ölkələrdə bir çox prioritet layihə artıq həyata keçirilir və ya hazırlıq mərhələsindədir.

    Bundan əlavə, hesabatda yerli iqtisadiyyatlara avtomobil və dəmir yolu əlaqələri, logistika mərkəzləri və daxili terminallar, lokomotivlər və vaqonlar kimi hərəkət heyəti, yükdaşıma avadanlığı, yükdaşımalarının səmərəliliyini artırmaq üçün rəqəmsal sistemlər daxil olmaqla investisiyaların dəstəklənməsi üçün əlavə 30 milyard dollara ehtiyac olacağı təxmin edilir.

    Dünya Bankı vurğulayıb ki, infrastrukturun inkişafı ilə yanaşı, dəhlizlərin rəqabət qabiliyyətinin və iqtisadi təsirin davamlı şəkildə yaxşılaşdırılması daha yaxşı logistika xidmətlərindən, daha güclü institusional koordinasiyadan, sərhədyanı nəqliyyat və ticarət əməliyyatlarını gücləndirmək üçün islahatlardan asılı olacaq.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ