Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, görüşdə 2026-cı ilin ikinci rübü üzrə kapital bazarlarının inkişaf dinamikası, investisiya şirkətlərinin fəaliyyət nəticələri, eləcə də sektorda müşahidə olunan əsas tendensiyalar və perspektivlər müzakirə edilib. Bununla yanaşı, “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində cari ildə kapital bazarının inkişafı üzrə görülmüş işlər nəzərdən keçirilib.
Görüşdə, həmçinin kapital bazarı üzrə əsas çağırışlar, o cümlədən real sektor təmsilçilərinin bazarda aktiv iştirakının təşviqi, sektorun rəqəmsallaşma səviyyəsinin yüksəldilməsi və maliyyə savadlılığının artırılmasına yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
