Sizin reklam burada
Sizin reklam burada
  • Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

    Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə növbəti dəfə vətəndaşlarla görüş keçirilib.

    Energetika Nazirliyindən bildirilib ki, görüş zamanı elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti və digər mövzularla bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

    Nazirlik tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ