Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili deyib.
Nazirliyin yaydığı məlumatda deyilir ki, nazirlər səviyyəsində keçirilən görüşdə tərəflər mövcud imkanları və regionun Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsindəki artan rolunu müzakirə ediblər. Bununla yanaşı, nazirlər, qlobal enerji sektorunda mövcud olan imkanları və regionun Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsindəki artan rolunu müzakirə ediblər.
“Gürcüstan və Azərbaycan yaşıl dəhliz, eləcə də ölkələrimizdə davam edən enerji islahatları və ümumilikdə sektorun inkişaf perspektivləri kontekstində səylərimizi birləşdirmək, eyni zamanda, Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə vermək üçün sıx əməkdaşlığa davam edirlər. Görüş zamanı Gürcüstanın enerji siyasəti, hökumətin bu sektorun inkişafı üçün hazırladığı onillik plan barədə ətraflı danışmaq imkanı əldə etdik. Bizim vəzifəmiz bu sektora investisiyaların cəlb edilməsini təmin etməkdir”, - deyə nazir bildirib.
